Logo

"Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

"Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycan Premyer Liqasının III turunda sabah keçiriləcək son iki oyuna təyinatlar açıqlanıb.

Sfera.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə" - "Sabah" matçı İnqilab Məmmədova, "Qarabağ" - "Neftçi" görüşü isə FIFA referisi Əliyar Ağayevə həvalə olunub.

Azərbaycan Premyer Liqası, III tur

20 sentyabr (bazar)

18:00. "Zirə” – "Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Zirə İdman Kompleksinin stadionu

20:15. "Qarabağ” – "Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"Azersun Arena”

Qeyd edək ki, turun "Qəbələ" - "Keşlə" və "Sumqayıt" - "Səbail" görüşləri bu gün keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR