"Neftçi" Avropa Liqasında "Qalatasaray"a məğlub oldu
Kateqoriya məlum deyil
Bu gün UEFA Avropa Liqasının seçmə mərhələsi çərçivəsində Azərbaycanın "Neftçi" futbol klubu ilə Türkiyənin "Qalatasaray" klubu qarşılaşıb.
Sfera.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçən qarşılaşma Türkiyə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların heyətində qolları M.Diane (19, 63) və K.Luyindama (48) vurublar, "Neftçi"nin isə yeganə qolunu 46-cı dəqiqədə M.Mboc vurub.
Beləliklə, "Neftçi" UEFA Avropa Liqasında çıxışını mübarizəni dayandırıb, "Qalatasaray" isə növbəti mərhələyə yüksəlib.






