Logo

Lionel Messi ilə bağlı apelyasiya təmin olunub

Lionel Messi ilə bağlı apelyasiya təmin olunub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Argentina Futbol Assosiasiyasının kapitan Lionel Messinin cəzası ilə bağlı apelyasiyası təmin olunub.

Sfera.az saytının məlumatına görə, bunu qurumun prezidenti Klaudio Tapia açıqlayıb.

O bildirib ki, Argentina millisinin və İspaniya "Barselona”sının futbolçusu yığmasının oktyabrdakı matçlarında iştirak edə biləcək. Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasını (KONMEBOL) sərt tənqid etdiyi üçün diskvalifikasiya edilən hücumçu DÇ-2022-nin qarşıdakı seçmə matçlarında Ekvador və Boliviya ilə görüşlərdə meydana çıxa biləcək.
Qeyd edək ki, cəza tətbiq olunsaydı, Messi oktyabrın 8-də Ekvadora qarşı matçı buraxacaqdı.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR