Logo

"Qəbələ" xorvatiyalı futbolçu transfer etdi

"Qəbələ" xorvatiyalı futbolçu transfer etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycan Premyer Liqasının növbəti turunun hazırlıqlarını davam etdirən "Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib.

26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin "Koprivinitsa” klubunda başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə "Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR