"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibləri məlum oldu
Kateqoriya məlum deyil
"Neftçi"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Sfera.az xəbər verir ki, Azərbaycan təmsilçisi Türkiyənin "Qalatasaray" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, "Renova" (Şimali Makedoniya) - "Hayduk" (Split, Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 24 sentyabrda gerçəkləşəcək. Sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.






