Logo

"Sumqayıt" Avropa Liqası ilə erkən vidalaşdı

"Sumqayıt" Avropa Liqası ilə erkən vidalaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Sumqayıt" komandası UEFA Avropa Liqasında debüt edib. 

Sfera.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Avropa Liqasının I təsnifat mərhələsinin oyununda Şimali Makedoniya "Şkendiya"sını qəbul edib. "Kapital Bank Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Hər iki qol penaltidən vurulub. Hesabı 56-cı dəqiqədə Besart İbrahimi açıb. O, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun kobud oyunundan sonra təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 89-cu dəqiqədə isə Tellur Mütəllimov kobud oyun səbəbindən ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu dəfə penaltidən Lyupçe Doriyev yararlanıb.

Beləliklə, "Sumqayıt" Avropa Liqası ilə erkən vidalaşıb.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

27 avqust

20:00. "Sumqayıt” (Azərbaycan) – "Şkendiya” (Şimali Makedoniya) - 0:2

Qollar: Besart İbrahimi, 56 (pen.). Lyupçe Doriyev, 89

Qırmızı vərəqə: Tellur Mütəllimov, 89 ("Sumqayıt")

Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)

Sumqayıt, "Kapital Bank Arena”

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR