"Barselona" Messinin satış qiymətini xeyli azaltdı

 

"Barselona"nın Lionel Messinin klubdan ayrılmaq istədiyini açıqladıqdan sonra futbolçunun karyerasını harda davam etdirəcəyi ilə bağlı müxtəlif iddialar yayılır.

 Sfera..az xəbər verir ki, ulduz futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği 700 milyon avro olsa da, onun ayrılmaq istəyi məbləğin 7 dəfə azalmasına səbəb olub. 

İspaniyanın AS nəşri "Barselona" rəhbərliyinin argentinalı forvardı 100 milyon avroya satacağını bildirib.

Gecə saatlarında RAC 1 radiosu isə son qiymətin 222 milyon avro olduğunu açıqlayıb.

Messi iyunun 10-una qədər klubdan təzminat ödənmədən ayrıla bilərdi. Koronavirusa görə mövsümün bitmə vaxtının uzanması səbəbindən bu müddətin uzanması da Katalon klubunun maddi məsələdə güzəşt etməsinə imkan yaradıb.

Lionel Messini transfer etməyə ən real namizəd İngiltərənin "Mançester Siti" klubudur. Bir müddət əvvəl "şəhərlilər"in argentinalı ulduz üçün istənilən məbləği ödəməyə hazır olduğu deyilirdi. Pep Qvardiolanın Messi ilə münasibəti çox yaxşıdır deyə, oyunçunun bu komandaya üstünlük verəcəyi ehtimal olunur.

Qeyd edək ki, Lionel Messini transfer etmək istəyən klublar siyahısında "İnter" (İtaliya), PSJ (Fransa) və "Mançester Yunayted" klublarının da adları çəkilir.



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...