Logo

Messinin karyerasını davam etdirmək istədiyi klub bəlli oldu - İDDİA

Messinin karyerasını davam etdirmək istədiyi klub bəlli oldu - İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi Lionel Messi "Barselona"dan ayrılmaq niyyətindədir.

Sfera.az-ın məlumatına görə, argentinalı futbolçunun karyerasını davam etdirmək istədiyi klub bəllidir.

İspaniya mediasında yer alan xəbərə görə, Messi yaxın çevrəsinə 4 il birgə oynadığı Neymarın yanına getmək istəyir. PSJ rəsmilərinin "Barselona" rəhbərliyini futbolçunun sərbəstqalma dəyərinin aşağı salmasına razı salmağa çalışdığı bildirilib.

Başqa bir iddiaya görə isə Messi Pep Quardiolaya görə "Mançester Siti"yə transfer olunacaq.

Qeyd edək ki, Messi Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya 8:2 hesabı ilə uduzduqları üçün "Barselona"dan ayrılmaq niyyətindədir.

AzxeberSport.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR