Finalda maraqlı anlar: Baneqa Konte ilə zarafat etdi, Munir toru kəsdi
Kateqoriya məlum deyil
Dünən UEFA Avropa Liqasında İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i arasında keçirilmiş final oyununda maraqlı anlar yaşanıb.
Sfera.az xəbər verir ki, matçın 16-cı dəqiqəsində əndəlusiyalıların yarımmüdafiəçisi Ever Baneqa əli ilə rəqib komandanın baş məşqçisi Antonio Konteninin saçına toxunaraq zarafatla bunun parik olub-olmadığını soruşub.
Məzəli hadisə italiyalı mütəxəssis oyunun baş hakimi Denni Makkelidən 2-ci penaltini tələb edərkən baş verib. Konte isə futbolçuya oyundan sonra onu bayırda gözləyəcəyini bildirib.
Matçdan sonra "Sevilya"nın digər futbolçusu Munir Əl-Haddadi qarşılaşmanın keçirildiyi "Reyn Energi" stadionunun qapı torunun bir hissəsini kəsərək oyundan xatirə kimi özü ilə aparıb.
Qeyd edək ki, finalda "İnter"i 3:2 hesabı ilə məğlub edən "Sevilya" tarixində 6-cı dəfə Avropa Liqasının qalibi olub.






