Logo

“Qarabağ” müdafiəçisini “Keşlə”yə icarəyə verib

“Qarabağ” müdafiəçisini “Keşlə”yə icarəyə verib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Keşlə” növbəti transferini reallaşdırıb.

Sfera.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, Bakı təmsilçisi "Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb.

20 yaşlı futbolçu mövsümün sonunadək "Keşlə”nin şərəfini qoruyacaq. Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.

Qeyd edək ki, "Keşlə” yay fasiləsində həmçinin Tural Axundov, Şəhriyar Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Turan Vəlizadə, Dmitri Klots, Silvio Rodrigez Perreyra Junior, Kamal Bayramov və Artur Batista de Souzanı heyətinə qatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR