Logo

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycanlı hakim Rauf Cabbarov UEFA-dan təyinat alıb.

Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, FIFA referisi Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Ordabası" (Qazaxıstan) - "Botoşani" (Rumıniya) matçını idarə edəcək.

Cabbarovun köməkçiləri Namik Hüseynov və Elşad Abdullayev olacaq. 4-cü hakimi funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, görüş avqustun 27-də keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR