Logo

Azərbaycanın titullu idmançısı dopinqə görə cəza aldı

Azərbaycanın titullu idmançısı dopinqə görə cəza aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub.

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq.

Qeyd edək ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Əzizov 2012-ci ildə Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında gümüş, 2014-cü ildə Bakıdakı eyni yarışda bürünc medal əldə edib. O, 2014-cü ildə Cənubi Koreyadakı dünya çempionatında bürünc medal qazanıb.

AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR