Azərbaycanlı futbolçu karyerasını kubok matçı ilə bərpa etdi

Azərbaycanlı futbolçu karyerasını kubok matçı ilə bərpa etdi
 Rusiya millisinin və Moskva "Spartak"ının futbolçusu Aleksandr Səmədov karyerasını rəsmən bərpa edib.

Sfera.az xəbər verir ki, ötən ilin avqsutunda futbola qayıdan və yerli "Znamya" klubu ilə müqavilə bağlayan əslən azərbaycanlı yarımmüdafiəçi dünən ilk rəsmi oyununa çıxıb.

36 yaşlı veteran Rusiya Kubokunun 1/256 final mərhələsinin "Znamya Truda" ilə matçında forma geyinib. Görüş Səmədovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenidən yaşıl meydanlara qayıtması barədə təəssüratlarını bölüşən futbolçu çətinlik çəkməyəcəyini söyləyib: "Rusiya Kubokunda oynamaqla karyeramı bərpa etdim. Peşəkar Futbol Liqası çempionatında (səviyyəcə III divizion) oyunlar həftədə 1 dəfə keçiriləcək. Cəmi 36 yaşım var. Bu səbəbdən, mənə çətin olmayacaq. Digər tərəfdən, həftədə 2 dəfə veteranlarla oynayıram. Ona görə də formadayam. Bütün həyatımı futbolda keçirmişəm. Ayrı qalmaq çətin olardı".

Roman Pavlyuçenko, Aleksandr Şeşukov və Renat Yanbayevlə eyni komandada olmasının karyerasını bərpa etməsində rol oynadığını deyən Səmədov Premyer Liqa və ya Milli Futbol Liqasından təklif gələcəyi halda, bunu qəbul etməyəcəyini bildirib.

Qeyd edək ki, Aleksandr Səmədov son olaraq Rusiyanın "Krılya Sovetov” komandasının formasını geyinib. O, 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın "Spartak”, "Dinamo” və "Lokomotiv” klublarında çıxış edib. (report.az)

OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabunçu rayonunda görüləcək təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a "Azəriq...

Birinci siniflərə şagird qəbuluna başlanılır

Sabah saat 11:00- dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.   S...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həb...

“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"

"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatla...

Azərbaycanda ən çox tələb olunan 5 peşə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiy...

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib.   Sfera...