Logo

Premyer Liqa klubu "Ayaks"ın futbolçusunu transfer etdi

Premyer Liqa klubu "Ayaks"ın futbolçusunu transfer etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin "Brayton" klubu "Ayaks"ın müdafiəçisi Joel Veltmanı transfer edib.

Sfera.az klubun saytına istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi Niderland millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb. "Brayton" 28 yaşlı müdafiəçinin keçidi üçün 900 min funt-sterlinq təzminat ödəyib.

Veltman "Ayaks"ın yetirməsidir. Niderlandlı futbolçu 2012-ci ildən Amsterdam təmsilçisinin əsas komandasında çıxış edirdi. Veltman ötən mövsüm 27 oyun keçirib.

"Brayton" bundan öncə "Liverpul"dan ayrılan Adam Lallana ilə 3 illik müqavilə imzalamışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR