Logo

“Neftçi” daha bir legioneri heyətinə qatdı

“Neftçi” daha bir legioneri heyətinə qatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib. 

Sfera.az xəbər verir ki, bununla bağlı klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souza ilə 2+1 il müddətinə müqavilə bağlanıb. 19 yaşlı futbolçu komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.

"Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer etmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR