Futbolçular “Qızıl top”suz qalacaq - tarixdə ilk dəfə...

Futbolçular “Qızıl top”suz qalacaq - tarixdə ilk dəfə...
 2020-ci ilin yekunları üzrə "Qızıl top" futbol mükafatını təqdim etməyəcəklər.

Sfera.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan "France Football” jurnalı xəbər verib.

"1956-cı ildən, tarixində ilk dəfə "Ballon d'Or France” ("Qızıl top") mükafatı kifayət qədər ədalətli şəraitin olmaması səbəbindən 2020-ci ildə təqdim edilməyəcək”, - məlumatda deyilir.

Mükafatın təsisçiləri qeyd ediblər ki, koronavirus pandemiyası səbəbindən bütün ölkələrdə futbol mövsümü bərpa olunmayıb, ona görə də qalibin seçimi obyektiv olmayacaq.

Həmçinin, mükafatlar ən yaxşı qapıçıya, ən yaxşı gənc oyunçuya və ən yaxşı futbolçuya da verilməyəcək.

Qeyd edək ki, "Qızıl top” mükafatı "France Football” jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. 2019-cu ildə "Barselona” və Argentina yığmasının oyunçusu Lionel Messi "Qızıl top”a sahib olub.

OXŞAR XƏBƏRLƏR

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...