"Sabah" "Anji"nin futbolçusunu transfer etdi
Kateqoriya məlum deyil
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Sfera.az klubun saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan U-19 millisinin hücumçusu Camal Cəfərovla 5 illik müqavilə imzalayıb.
"Anji” futbol akademiyasının yetirməsi olan Camal, son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.






