Logo

Çempionlar Liqasında 1/4 final və yarımfinal cütləri müəyyənləşdi

Çempionlar Liqasında 1/4 final və yarımfinal cütləri müəyyənləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün UEFA Çempionlar Liqasının 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.

Sfera.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürüb.

Artıq "Atalanta” (İtaliya), "Atletiko” (İspaniya), "Leyptsiq” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

"Çelsi" - "Bavariya" (0:3), "Napoli"- "Barselona" (1:1), "Real" - "Mançester Siti" (1: 2) və "Lion – "Yuventus” (1:0) cütünün cavab qarşılaşmaları isə koronavirusa görə təxirə salınıb. Bu görüşlər avqustun 7-8-də keçiriləcək.

Püşkatmanın nəticələrini sizə təqdim edirik:

1/4 final

"Mançester Siti" /"Real"  - "Yuventus" /"Lion"

"Leypsiq" - "Atletiko"(Madrid)

"Barselona" /"Napoli" - "Çelsi" /"Bavariya"

"Atalanta" - PSJ

Yarımfinal:

YF 1:  1-ci və 3-cü 1/4 final mərhələsi cütlərinin qalibləri
YF 2:  2-ci və 4-cü 1/4 final mərhələsi cütlərinin qalibləri

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 12-15, yarımfinal görüşləri isə 18-19 avqust tarixlərində oynanılacaq. ÇL-nin final matçı isə avqustun 23-də olacaq.

Əlavə edək ki,

Qeyd edək ki, 1/4 finalın görüşləri bir oyundan ibarət olacaq. Qarşılaşmalar Portuqaliyada keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR