Klopp Premyer Liqanın tarixinə keçdi
Kateqoriya məlum deyil
"Liverpul" İngiltərə Premyer Liqasında sona yeddi tur qalmış çempionluğunu rəsmiləşdirib.
Sfera.az xəbər verir ki, 30 ildən sonra ölkə çempionu olan "Liverpul" ümumilikdə 19-cu dəfə zəfər qazanıb.
Komandanın baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında çempion olan ilk alman olub.
53 yaşlı mütəxəssis 2015-ci ildən "qırmızılar"ı çalışdırır. Mersisaydlılar Kloppun rəhbərliyi ilə bir dəfə Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatını qazanıb.






