Logo

"Qarabağ"ın sabiq qapıçısı Polşa klubuna keçir

"Qarabağ"ın sabiq qapıçısı Polşa klubuna keçir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Bosniya və Herseqovina millisinin və Türkiyənin "Erzurumspor" klubunun futbolçusu İbrahim Şehiç karyerasını Polşada davam etdirə bilər.

Sfera.az xəbər verir ki, 32 yaşlı qapıçını "Legiya" komandası transfer etmək istəyir.

Əsas qolkiperi Radoslav Mayetskini Fransa "Monako"suna icarəyə verən Varşava təmsilçisi onun boşluğunu məhz Şehiçlə doldurmaq niyyətindədir.

Daha əvvəl təcrübəli oyunçu ilə Türkiyənin "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" klublarının maraqlandığı iddia olunurdu.

Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib. (report.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR