Logo

"Qalatasaray"ın hücumçusu zədələndi

"Qalatasaray"ın hücumçusu zədələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Radamel Falkao zədələnib.

Sfera.az İstanbul təmsilçisinin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun əzələsində problem aşkarlanıb.

Kolumbiyalı forvardın müalicəsinə başlanılıb. Lakin onun bərpa müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Qalatasaray" Türkiyə Super Liqasının XXVIII turunda evdə "Qaziantep"lə heç-heçə edib - 3:3. Falkao matçın 81-ci dəqiqəsində əvəzlənib. Onun bu görüşdə zədələndiyi ehtimal olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR