Logo

"Formula 1"in keçmiş pilotu ağır qəzaya düşdü

"Formula 1"in keçmiş pilotu ağır qəzaya düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Formula 1"in keçmiş pilotu Alessandro Zanardi avtomobil qəzasından sonra ağır vəziyyətdədir.

Sfera.az xəbər verir ki, 53 yaşlı sabiq idmançı ayaqların köməyi olmadan əllə idarə olunan hendbayk velosipedi ilə İtaliyada paralimpiyaçıların yarışında xəsarət alıb. O, yolda hərəkət etdiyi vaxt yük maşını ilə toqquşub.

Zanardi başından ciddi zədələnib. Xəstəxanaya helikopterlə çatdırılan keçmiş pilot əməliyyat olunub.

Qeyd edək ki, Alessandro Zanardi hər iki ayağını 2001-ci ildə CART yarışı zamanı itirib. O, əl velosipedlərinin mübarizəsində 4 qat paralimpiya çempionu olub. "Formula 1"də isə Zanardi 1991 - 1994-cü illərdə və 1999 mövsümündə çıxış edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR