Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün təqvimi açıqlandı

Çempionlar Liqası və Avropa Liqasında yeni mövsümün təqvimi açıqlandı
 UEFA 2020/2021 mövsümündə avrokubokların təsnifat və qrup mərhələlərinin oyunlarının təqvimini açıqlayıb. 

Sfera.az xəbər verir ki, Çempionlar Liqasında yeni mövsüm avqustun 8-də start götürəcək. Avropa Liqasının oyunları isə avqustun 20-də başlayacaq. 

Çempionlar Liqasında pley-off, Avropa Liqasında isə qrup mərhələsinədək ev-səfər prinsipi olmayacaq. Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəyə 18/19 avqustda, Avropa Liqasında isə 27 avqustda başlayacaq. 

Çempionlar Liqası:

İlkin mərhələ: 8 avqust və 11 avqust

I təsnifat mərhələsi: 18/19 avqust

II təsnifat mərhələsi: 25/26 avqust

III təsnifat mərhələsi: 15/16 sentyabr

Pley-off mərhələsi: 22/23 sentyabr və 29/30 sentyabr

Qrup mərhələsi: 20/21 oktyabr, 27/28 oktyabr, 3/4 noyabr, 24-25 noyabr, 1-2 dekabr, 8-9 dekabr.

Avropa Liqası:

İlkin mərhələ: 20 avqust

I təsnifat mərhələsi: 27 avqust

II təsnifat mərhələsi: 17 sentyabr

III təsnifat mərhələsi: 24 sentyabr

Pley-off mərhələsi: 1 oktyabr

Qrup mərhələsi: 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr, 10 dekabr

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi müvafiq olaraq oktyabrın 1-də və 2-də Yunanıstanın paytaxtı Afinada təşkil olunacaq.  (report.az)

OXŞAR XƏBƏRLƏR

Zığda evdə yanğın: ölən var

Bakıda fərdi yaşayış evində yanğın olub.   Sfera.az xəbər verir ki, hadisə ötən gün Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən fərdi evdə baş verib. ...

Limitsiz uçuş satmış aviaşirkətin milyon dollarlıq peşmanlığı: “Özümüzü məhv etdik!”

Hər kəs səhv edir, hətta böyük şirkətlər də. “American Airlines”ın 1980-ci illərdə büdcə böhranına həll yolu olaraq təklif etdiyi ömür boyu limitsiz...

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər ENDİRİLDİ - FOTO

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə dövlət orqanlarına məxsus inzibati binaların qarşısında ucaldılan dövlət ...

Prezident Xocalı soyqırımı ilə bağlı videoçarx paylaşdı

Prezident İlham Əliyev rəsmi instaqram hesabında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı videoçarx paylaşıb.   Sfera.az həmin paylaşımı təqdim e...

Melaniya Tramp uzun müddət sonra qəfil həyat yoldaşının yanına qayıdıb

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdən və ictimai məkandan çox uzun müddət uzaqlaşmasından sonra bir araya gəliblər. Sfe...

İngiltərəni sarsıdan cinayət hekayəsi: İtmiş Lord, ölü dayə və Ledi Lukan

1974-cü ildə İngiltərədə bir qətl törədilib, bir Xanım ölümdən dönüb və bir Lord itkin düşüb. Sfera.az İngiltərəni sarsıdan və hələ də sual işarələri ilə d...