Logo

"Neftçi": "Daboya qarşı hüquqi addımlar atılacaq"

"Neftçi": "Daboya qarşı hüquqi addımlar atılacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 "Neftçi” futbolçusu Baqali Dabonun "Qarabağ"ın formasında şəkil çəkdirməsi və həyat yoldaşının bunu sosial şəbəkədə paylaşması ilə bağlı açıqlama yayıb.

Sfera.az xəbər verir ki, məlumatda klub rəhbərliyinin fransalı hücumçunun davranışından xəbərdar olduğu və onun qəbuledilməz hərəkətinə görə müvafiq tədbirlər görüləcəyi bildirilib.

"Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək", - vurğulanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR