Logo

A Seriyasında yeni mövsümün başlayacağı tarix açıqlandı

A Seriyasında yeni mövsümün başlayacağı tarix açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Futbol üzrə İtaliya A Seriyasında 2020/2021 mövsümünün başlayacağı tarix bəlli olub.

Sfera.az xəbər verir ki, yeni mövsümün startı sentyabrın 12-nə təyin olunub.

Qərar Liqa Şurası tərəfindən iyunun 15-də təsdiqlənəcək.

Martda koronavirus pandemiyası səbəbindən dayandırılan 2019/2020 mövsümü iyunun 20-də "Torino" - "Parma" oyunu ilə bərpa olunacaq.

Qeyd edək ki, turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidir. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR