PSJ "Borussiya"nın hücumçusu üçün təklif hazırlayır

İdman
15:50 / 15.06.2020
1451
Fransanın PSJ klubu Almaniya "Borussiya"sında (Dortmund) çıxış edən Erlinq Holandı transfer siyahısına əlavə edib.
Sfera.az xəbər verir ki, Paris təmsilçisi bu yay 20 yaşlı hücumçu üçün klubuna təklif göndərmək niyyətindədir.
PSJ norveçli forvard üçün böyük məbləğ ödəməyə hazırdır, çünki oyunçu klubun prioritet hədəflərindən biri olub və Paris təmsilçisi mövsümün sonunda hücumçusu Edinson Kavani ilə vidalaşacaq.
Qeyd edək ki, Erlinq Holand 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edir.