FIFA dünya çempionatı üçün namizədləri açıqladı

İdman
16:40 / 10.06.2020
1368
FIFA 2023-cü ildə keçiriləcək qadınlar arasındakı dünya çempionatına ev sahibliyi üçün namizədləri açıqlayıb.
Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mundiala Avstraliya və Yeni Zelandiya birlikdə təşkilatçılıq etmək niyyətindədir.
Bunlardan əlavə, Kolumbiya və Yaponiya da yarışı keçirməyə iddialıdır. Ali futbol qurumu Braziliya Futbol Konfederasiyasının dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürdüyünü təsdiqləyib.
Qeyd edək ki, DÇ-2023-ün ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.