UEFA-nın Çempionlar Liqası ilə bağlı planı bilindi

İdman
14:00 / 10.06.2020
1445
UEFA İcraiyyə Komitəsinin Çempionlar Liqası barədə planı bəlli olub.
Sfera.az report-a istinadən xəbər verir ki, qurum 1/8 final mərhələsinin cavab matçlarını 8-9 avqustda keçirməyi planlaşdırır.
Avqustun 12-dən isə Portuqaliyanın Lissabon şəhərində 8 komandadan ibarət mini-turnir təşkil olunacaq. Matçlar "Jose Alvalade" və "Estadio da Luş" stadionlarında baş tutacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclası iyunun 17-də olacaq.