Logo

İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu

İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış futbol üzrə İtaliya çempionatı iyunun 13-ü və ya 20-si qaldığı yerdən davam edəcək.

Sfera.az xəbər verir ki, bunu İtaliyanın idman naziri Vinçentso Spadafora deyib.

V.Spadafora bildirib: "Biz A Seriyasının oyunlarının başlaması üçün iki mümkün tarix üzərində işləyirik - 13 cə 20 iyun. Mövsümün başlaması üçün protokol gəldi və o məşqlər üçün razılaşdırılmış protokola çox bənzəyir".

Onun sözlərinə görə, bu barədə qərar mayın 28-i qəbul ediləcək.

Qeyd edək ki, futbol üzrə İtaliya çempionatı martın əvvəli koronavirus pandemiyası səbəbilə dayandırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR