Logo

"Sabah"dan Soni Mustivar açıqlaması

"Sabah"dan Soni Mustivar açıqlaması
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sabah" klubu mövsümün sonunda "Neftçi"dən ayrılacağı gözlənilən Soni Mustivarın mümkün transferi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Masazır təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov "Report"a açıqlamasında haitili yarımmüdafiəçi ilə maraqlanmadıqlarını söyləyib.

Onun sözlərinə görə, Mustivarla bağlı xəbərlər həqiqəti əks etdirmir: "Sözügedən futbolçu ilə heç bir danışıq aparmamışıq".

Qeyd edək ki, Soni Mustivar 2018/2019 mövsümünün əvvəlində "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2020-ci il iyunun 30-da başa çatacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR