Logo

AVRO-2020: Daha bir ölkə UEFA-ya təminat verdi

AVRO-2020: Daha bir ölkə UEFA-ya təminat verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 Azərbaycandan sonra Rumıniya da AVRO-2020-nin oyunlarını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə yerli federasiyadan TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Paytaxt Buxarestin qitə futbol qurumuna dövlət təminatı verdiyi vurğulanıb.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR