Logo

Böyük Britaniyada nüfuzlu yarış ləğv olundu

Böyük Britaniyada nüfuzlu yarış ləğv olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

4-5 iyulda Böyük Britaniyanın paytaxtı Londonda keçirilməsi planlaşdırılan atletika üzrə Brilliant Liqa yarışı ləğv olunub.

Sfera.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Böyük Britaniyanın Atletika Federasiyası koronavirus pandemiyası səbəbindən bu qərarı çıxarıb.

Brilliant Liqa yarışların yeni təqvimini də açıqlayıb.

Monako, Geytshed (Böyük Britaniya) və Stoklolmda (İsveç) yarışların avqustda, Lozanna (İsveçrə), Brüssel (Belçika), Paris (Fransa), Roma / Neapol (İtaliya) və Şanxaydakı (Çin) turnirlər sentyabrda, Oreqon (ABŞ), Doha (Qətər) və Çində ikinci yarışın oktyabrda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, daha öncə Mərakeşin paytaxtı Rabat və İsveçrənin Sürix şəhərindəki mərhələlər ləğv olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR