Logo

"Beşiktaş" Co Hart üçün hərəkətə keçdi

"Beşiktaş" Co Hart üçün hərəkətə keçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin "Beşiktaş" klubu İngiltərə millisinin keçmiş qapıçısı Co Hartı transfer etmək istəyir.

Sfera.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda "Börnli" ilə müqaviləsi bitəcək 33 yaşlı qolkiper üçün hərəkətə keçib. Təcrübəli qolkiperin "qara qartal"dan çox maaş istəyəcəyi gözlənilir. Bu səbəbdən "qırmızı-qaralar" maliyyə məsələsini yola qoyub, təcrübəli simanı rənglərinə bağlamağa çalışacaq.

Hart "Mançester Siti", "Birmingem", "Torino" və "Vest Hem" kimi klublarda çıxış edib. İngilis qolkiper 2018-ci ildə "Börnli"yə keçib. Təcrübəli əlcək sahibi İngiltərə millisində 75 oyun keçirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR