Logo

Milli komandanın məşqçilərinin maaşı azaldıldı

Milli komandanın məşqçilərinin maaşı azaldıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
 İsveç Futbol Federasiyası milli komandanın baş məşqçisi Yanne Anderson və köməkçilərinin iş saatını qısaldıb.

Sfera.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislər koronavirus pandemiyasına görə yarım günlük qrafiklə çalışacaqlar.

Bu səbəbdən onların məvacibləri də azaldılıb. Qərar qadınlardan ibarət yığmaların məşqçiləri də daxil olmaqla, ümumilikdə federasiyanın 90 nəfər əməkdaşına şamil olunub.

Qısaldılmış iş günü rejimi aprelin 14-dən mayın 31-dək davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR