"Qarabağ"ın legioneri: “Azərbaycanda qalmaq Xorvatiyaya yollanmaqdan daha yaxşıdır”

"Futbolsuz qalmaq mənim üçün də çətindir. Heç bir panikaya qapılmamışam. Sadəcə koronavirusa qarşı ehtiyatlı olmalıyıq”. 

Sfera.az xəbər verir ki, bunu apasport.az saytına "Qarabağ"ın futbolçusu Filip Ozobiç deyib. 

Xorvatiyalı futbolçu koronavirus pandemiyası səbəbindən evdən çıxmadığını açıqlayıb. O, karantin günlərinin tezliklə bitəcəyinə inam ifadə edib: "Günün daha çox hissəsini evdə keçirirəm. Ümidvaram ki, hər şey düzələcək. Əsas insanların sağlamlıqdır və bunu da qorumalıyıq".

 

O, ölkəsində vəziyyətin Azərbaycanla müqayisədə daha pis olduğunu bildirib. Özobiç qeyd edib ki, Xorvatiyada koronavirusdan daha çox insanın əziyyət çəkir: "Orada vəziyyət daha çətindir. Çünki Xorvatiyada daha çox insan koronavirusa yoluxub. Üstəlik, Zaqrebdə güclü zəlzələ də baş verdi. Ona görə də Xorvatiyadakı vəziyyətin daha çətin olduğunu düşünürəm. Məncə, hazırda Azərbaycanda qalmaq Xorvatiyaya yollanmaqdan daha yaxşıdır".

Ozobiç Azərbaycan Premyer Liqasının bərpa edilib-edilməməsi və maaşların bir aylıq mümkün gecikməsi haqda da danışıb: "UEFA hansı qərarı verəcəksə, o da olacaq. Hələ ki, bu barədə bir söhbət yoxdur. Maaş məsələsi ilə bağlı da heç kim bizə nəsə deməyib. Bu barədə heç vaxt problemimiz olmayıb".


OXŞAR XƏBƏRLƏR

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...

"Çin üçün 80 faiz kifayətdir" - ABŞ prezidenti

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından Çinə tətbiq ediləcək yeni idxal rüsumları ilə bağlı açıqlamalar verib.   Sfera.az xəbər verir ki,...

Türkiyədə əməliyyat: 311,5 kq narkotik ələ keçirildi

Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlar çərçivəsində 311,5 kiloqram narkotik maddə ələ keçirilib.   Sfera.az xə...

Axirətin olduğuna ən çox inanan ölkələr - SİYAHI

Axirətə - ölümdən sonra həyatın mövcudluğuna ən çox inanan ölkələrin adları açıqlanıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, siyahıda müsəl...

ABŞ-də varlılara yüksək vergilər tətbiq edilə bilər - Tramp razılığını verdi

ABŞ Prezidenti Donald Tramp cümə günü verdiyi açıqlamasında varlı amerikalılar üçün vergi dərəcəsinin artırılmasına qarşı olmayacağını bildirib. Tramp bu fikrin...

Tramp Çinə xəbərdarlıq etdi

ABŞ Prezidenti Donald Tramp cümə günü Truth sosial şəbəkəsində verdiyi açıqlamada Çin hakimiyyətini sərt tənqid edib.   Sfera.az xəbər verir ki, bild...