AFFA "Badamlı"nın şikayətini təmin etmədi
Kateqoriya məlum deyil
AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb.
Sfera.az xəbər verir ki, "Badamlı" Futzal Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin 11 fevral 2020-ci il tarixli qərarı ilə futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin "Forza Neftçi" – "Badamlı" matçında "Badamlı" klubunun futzalçısı Ali Mikaeili ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza qərarı qüvvədə saxlanılıb. (yeni sabah)






