Logo

AVRO-2020: Uelsin Bakıya gətirəcəyi təxmini “23-lük” bəlli olub

AVRO-2020: Uelsin Bakıya gətirəcəyi təxmini “23-lük” bəlli olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatına aparacağı təxmini heyəti seçib.

Sfera.az xəbər verir ki, Britaniya mətbuatı 47 yaşlı mütəxəssisin hazırkı duruma əsasən "23-lük” müəyyənləşdirdiyini yazıb.

Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb ki, onlardan 23-ü indiki durumda qitə birinciliyinə əsas namizəddir. Həmin "23-lük” demək olar ki, üzdə olan futbolçulardan qurulub. Ancaq mövsümün son 3 ayında zədə və formadan düşmə durumuna uyğun olaraq onları əvəz edə biləcək 26 oyunçu var.

Uels yığmasının təxmini "23-lüy”ü:
Qapıçılar: 
Ueyn Hennesi, Denni Uord, Adam Deyvis
Müdafiəçilər: Konnor Roberts, Ben Deyvis, Kris Qanter, Neko Uilyams, Co Rodon, Kris Mefam, Tom Lokyer, Eşli Uilyams
Yarımmüdafiəçilər: Co Allen, Etan Ampadu, Uill Vaulks, Co Morrell, Aaron Remsi
Hücumçular: Qaret Beyl, Daniel Ceyms, Harri Uilson, Devid Bruks, Kiffer Mur, Hal Robson-Kanu, Kristian Dodj.

Qeyd edək ki, Uels yığması AVRO-2020-də İtaliya, Türkiyə və İsveçrə ilə A qrupunda mübarizə aparacaq. Komanda italyanlarla Romada, digər iki rəqiblə isə Bakıda üz-üzə gələcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR