"Barselona" Martinesə müqavilə təklif etdi
Kateqoriya məlum deyil
"Barselona” yay transfer dönəmində hücumçu almaq istəyir.
Sfera.az xəbər verir ki, katalonlar "İnter"in hücumçusu Lautaro Martinesin transferi üçün daha bir addım atıb. Klub argentinalı futbolçuya 5 illik müqavilə və illik 7 milyon avro maaş təklif edib.
"İnter"in bu təklifə hansı reaksiya verəcəyi bəlli deyil.
22 yaşlı futbolçu bu mövsüm 30 oyunda 16 qol vurub. "İnter" Argentina millisinin üzvünü 2 mövsüm əvvəl "Rasinq"dən 25 milyon avroya transfer edib. Martinesin "İnter"lə müqaviləsi 2023-cü ilin yayında bitəcək. Onun sərbəst qalma dəyəri 111 milyon avrodur.






