"Hər kəs "Qarabağ"ı məğlub edə biləcəyimizi gözləyirdi" – "Düdlenaj"ın baş məşqçisi

"Düdelanj"ın (Lüksemburq) baş məşqçisi Bertran Krasson "Lequotidien" nəşrinə geniş müsahibə verib.

Sfera.az yeni sabah-aistinadla xəbər verir ki, çalışdırıcı bir çox məqamalara toxunub. 49 yaşlı mütəxəssis bu mövsüm Avroliqanın qrup mərhələsində "Qarabağ"la keçirilən matçı da xatırlayıb:

 

"Qrup mərhələsinin ilk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Səfər qələbəmizdən sonra hər kəs dogma meydanımızda "Qarabağ"ı da məğlub edə biləcəyimizi gözləyirdi. Lakin azarkeşlərimiz gözlənilməyən məğlubiyyətimizdən sonra məyus oldular".

Qeyd edək ki, "Qarabağ" "Düdelanj"I səfərdə 1:4 hesabı ilə məğlub etmişdi.

Ağdam klubu Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, "Düdelanj" isə 4 xalla 4-cü sırada bitirib.


OXŞAR XƏBƏRLƏR