İcra Hakimiyyəti şəhid ailəsinin problemlərinin həllindən danışdı

İcra Hakimiyyəti şəhid ailəsinin problemlərinin həllindən danışdı
 

Safura Şərbətovanın və digər şəhid ailələrinin problemləri daim Sabunçu Rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir.

Sfera.az  xəbər verir ki, bu barədə Rayon İcra Hakimiyyətindən bildirilib.

Belə ki, sosial şəbəkələrdə Zabrat qəsəbəsində yaşayan Şərbətova Safura Əmiraslan qızı ilə bağlı gedən məlumatlar Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb.

S.Şərbətovanın dediyinə görə o, Nizami rayonu ərazisində yerləşən mənzilini satıb, övladları ilə birgə Zabrat qəsəbəsinə köçüb, burada qeydiyyatsız yaşayırlar. S.Şərbətovanın özü 2013-cü ilin dekabr ayında Sabunçu RPİ-nin inzibati binasında pasport qeydiyyatına alınıb.

"Safura Şərbətova dəfələrlə Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olub və ona müraciət etdiyi müxtəlif məsələlərlə bağli köməkliklər göstərilib. Belə ki, Sabunçu rayon İcra Hakimiyyəti başıçısının sərəncamına əsasən S.Şərbətova şəhid ailəsi kimi 04.03.2014-ci il tarixində mənzil növbəsinə götürülüb, onun yaşadığı mənzilin təmiri ilə bağlı İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət olunub. Həmçinin, növbədən kənar (yaşayış şəraitini nəzərə alaraq) mənzillə təmin olunması ilə bağlı 2019-cu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciət edilib”, - məlumatda bildirilir.

Bundan əlavə, S.Şərbətovanın maddi vəziyyəti nəzərə alınaraq Sabunçu Rayon İcra Hakimiyyəti və 3 saylı XT MKTB-nin 73 saylı MKİS tərəfindən ona dəfələrlə maddi yardım göstərilib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...