No Image
No Image

İbrahim Rəisinin Azərbaycanla bağlı yadda qaldığı məqam varmı?

İbrahim Rəisinin Azərbaycanla bağlı yadda qaldığı məqam varmı?
"İndiyə kimi İbrahim Rəisi Azərbaycan Respublikası ilə bağlı elə bir ciddi açıqlama verməyib. İbrahim Rəisinin prezident seçilib-seçilməyəcəyindən asılı olmayaraq, İranın xarici siyasətini nə prezident, nə də prezident aparatı müəyyənləşdirir".

Bunu politoloq Sədrəddin Soltan İranda prezident seçkilərində üstünlük qazanan Seyyid İbrahim Rəisinin Azərbaycana qarşı mövqeyindən danışarkən deyib. O bildirib ki, İranın xarici siyasətini İranın başında duran ali rəhbər Seyd Əli Xameneyi müəyyənləşdirir:
 
"İbrahim Rəisi isə yalnız və yalnız icraedici bir strukturun başında dayanır. Odur ki, İbrahim Rəisinin Azərbaycanla bağlı nə deməsindən asılı olmayaraq, İranın Azərbaycanla bağlı ümumi dövlət siyasəti var. Bundan əvvəlki prezidentlər də Azərbaycanla bağlı nə desələr belə, məsələn, Məhəmməd Xatəmi o vaxt Heydər Əliyevin sağlığında Xəzərə "Mazandaran gölü" demişdi, Heydər Əliyev də onun cavabını vermişdi. Məhəmməd Xatəmi Xəzərə "Mazandaran gölü" deməklə onun adı dəyişmədi. Eləcə də İbrahim Rəisi sabah prezident olarsa, həmin müddətdə Azərbaycanla bağlı nə desə, ancaq öz fikiri hesab olunacaq". // "Qaynarinfo"

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir" - Fazil Mustafa

"Bu gün bir qrup tanınmış jurnalist və QHT rəhbəri ölkə prezidentinə məktub ünvanladı ki, bəs jurnalistlər üçün inşası tamamlanan bina şəhid və qazi ailələrinə ...

“Dağlıq Qarabağ” olmadığı kimi “status” məsələsi də yoxdur - Leyla Abdullayeva

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV və ictimai diplomatiya idarəsinin 23 ...

Kəlbəcərdəki təxribat nəyə işarədir? - Tezliklə bu mesaj veriləcək

Ermənistan silahlı qüvvələri yenidən təxribata əl ataraq sərhəddə vəziyyəti gərginləşdirib. Belə ki, ötən gün düşmən tərəfi Azərbaycan Ordusunun Ermənistan-Azər...

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

Serbiya xarici işlər naziri Nikola Selakovic Azərbaycana səfərə gələcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. ...

“Vüqar Səfərlinin məhkəməsində Əli Həsənov da dindirilməlidir" - Baş redaktor

"Vüqar Səfərlinin məhkəməsində Əli Həsənov da dindirilməlidir". Sfera.az bildirir ki, bunu Konkret.az-ın baş redaktoru Fadil Paşayev deyib. Onun sözlərinə...

"Erməni silahlı qüvvələrinin atəşkəsi pozması təsadüfi deyil" - Məqsəd nə idi?

"Ermənistanın Kəlbəcər istiqamətində dövlət sərhəddində atəşkəsi pozması bir neçə prosesdən qaynaqlanır". Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əs...