Hulusi Akarın təyyarəsi təcili qəza enişi etdi

Hulusi Akarın təyyarəsi təcili qəza enişi etdi
İçərisində Türkiyənin müdafiə naziri Hulusi Akarın olduğu təyyarə qəza enişi edib.

Sfera.az xəbər evrir ki, bu barədə "Haber Global” məlumat yayıb.

Məlumata əsasən, nazir və bir sıra yüksək rütbəli hərbçiləri daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinə aid təyyarə uçuş zamanı quşla toqquşub. Toqquşma nəticəsində təyyarənin pəncərəsində çatlar əmələ gəlib.

Qəza səbəbindən təyyarə Adanadakı hərbi aerodroma təcili eniş etmək məcburiyyətində qalıb. İnsident nəticəsində nazir və digər hərbçilərlə bağlı heç bir problemin yaşanmadığı bildirilib.

OXŞAR XƏBƏRLƏR