Hulusi Akar: “Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”
15:38 / 28.09.2020
3700
"Ermənistan dərhal hücumları dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib.
H. Akar deyib ki, Türkiyə öz torpaqlarının müdafiəsində Azərbaycanın yanındadır.