Hitler niyə sonsuz olub: Sirr çözüldü

Hitler niyə sonsuz olub: Sirr çözüldü
Hitlerin sonsuz olmasının sirri çözülüb. Cebhe.info “The Telegraph”a istinadən xəbər verir ki, tibb aləmini düşündürən bu sualın cavabını alman professor Petr Fleyşman tapıb. Professor iddia edib ki, Hitlerin uşaqlarının olmamasını şərtləndirən tibbi problem ilə bağlı sənədləri tapıb. Flyeşman bildirib ki, onun iddialarını təsdiqləyən sənəd 2010-cu ildə hərraca çıxarılıb, daha sonra isə Bavariya torpağının hökuməti tərəfindən tədqiq edilmək üçün hərracdan götürülüb. Fleyşman öz iddialarını təsdiqləmək üçün 1923-cü ildə Pivə qiyamından sonra Hitlerin göndərildiyi həbsxananın həkimi Cozef Ştaynerin Brinin hesabatına əsaslanıb. Ştayner Brin həbsxana həkimi olduğu müddətdə Hitleri müayinə edib və onun səhhətindəki problemlərdən ibarət hesabat tədim edib. Həmin hesabata əsasən Hitler kriptorxizmdən əziyyət çəkib. Məhz bu fakt Hitlerin uşağının olmamasını şərtləndirib. Xəstəliyin Hitlerdə Birinci Dünya Müharibəsində aldığı yaradan sonra yarandığı bildirilir. Cebhe.info 

OXŞAR XƏBƏRLƏR