Hikmət Həsənov Ağdamda minaya düşübmüş - FOTO/VİDEO

Hikmət Həsənov Ağdamda minaya düşübmüş - FOTO/VİDEO
Bu gün mətbuatda Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsi döyüşlərinə rəhbərlik edən generallar arasında 1-ci ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənovun olmaması ilə bağlı məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, general-mayor Hikmət Həsənov bizimxeber.az-a açıqlamasında tədbirdə iştirak etməməsinin səbəbini açıqlayıb.

General bildirib ki, aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə alır:

"10 noyabr 2020-ci il tarixində bağlanan üçtərəfli bəyanatdan sonra Ağdam şəhərinin qaytarılması zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm. Burda başqa səbəb axtarmaq lazım deyil. Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!".

Məlumat üçün bildirək ki, Prezidentlə olan bu görüşdə əksər generallar, həmçinin Baş Qərərgahın digər general heyəti, eləcə də, Quru Qoşunların Komandanı, korpus komandirləri (ərazi üzrə cavabdeh komandirlər istisna olmaqla) də iştirak etməyib.

Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng edərək təbrik etdiyi ilk general olub.
 


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun növbəti oyunlar keçirilib.   Sfera.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda lider ...

49 yaşlı qadın qətlə yetirildi - Əri saxlanıldı

Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxi...

Sədərəkdəki partlayışda həlak olan mülki şəxslərin FOTOLARI

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü ...

“Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ona sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 pri...

Prezident AÇIQLADI: XİN rəhbərləri tezliklə bu şəhərdə görüşəcəklər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon söhbətində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tər...

Antoni Blinken İlham Əliyevə zəng etdi

 Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Sfera.az xəbər verir ki, b...