Hikmət Hacıyev İsrailə təşəkkür etdi
11:55 / 05.03.2021
627
"Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə minnətdarıq. Bu, ölkələrimiz arasındakı dostluğun rəmzidir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
"Bir həyatı xilas edən bütün dünyanı xilas edir”, - o, "Şindlerin siyahısı” filmindən sitat gətirib.