Hikmət Hacıyev: “Ermənistan tərəfinin apardığı siyasət danışıqlar prosesinin məhv olmasına yönəlib”

Hikmət Hacıyev: “Ermənistan tərəfinin apardığı siyasət danışıqlar prosesinin məhv olmasına yönəlib”

Bu günə qədər Ermənistan tərəfinin apardığı siyasət danışıqlar prosesinin məhv olmasına yönəlib. Onların istədiyi də elə bu idi.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Ermənistan tərəfi gərginliklərin yaranmasında maraqlıdırlar:

 

"Danışıqlar prosesində onlar öz üzərinə düşən öhdəlikləri gözəl başa düşürdülər. Öhdəliklər ondan ibarətdir ki, onlar işğal olunmuş ərazilərimizi azad etməlidirlər. İşğal olunmuş əraziləri azad etməmək üçün onlar hərbi, siyasi təxribatlara yol verirlər. Hərbi xarakter daşıyan təxribat da bunun növbəti bariz nümunəsidir. Azərbaycan Respublikası tərəfindən bu ölkəmizə qarşı növbəti təcavüz aktı kimi qiymətləndirilir. Baxmayaraq ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində silahlı qüvvələrinin mövcudluğu, Azərbaycana qarşı işğalın davam etməsi öz-özlüyündə Azərbaycana qarşı güc tətbiq edərək hədələmə siyasətinin tərkib hissəsidir”.

H.Hacıyev Azərbaycanın beynəlxalq ictimaiyyətə müraciətindən də danışıb:

"Biz Beynəlxalq ictimaiyyətin narahatlığını başa düşürük lakin, bizim də onlara müraciətimiz ondan ibarətdir ki, bütün səylər səfərbər edilərək, Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmasının təmin edilməsidir. Bu işğala son qoyulmayınca Cənubi Qafqaz regionunda davamlı sülhün, təhlükəsizliyin təmin olunması qeyri-mümkündür. Biz bunu hər fürsətdə görürük. Ermənistanın hərbi avantura xarakterli siyasətinin də şahidi oluruq”.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...