Hikmət Hacıyev dünya ictimaiyyətinə səsləndi

Hikmət Hacıyev dünya ictimaiyyətinə səsləndi
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən Kəlbəcərdə KİV işçilərinin mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı tvitterdə paylaşım edib.

Sfera.az xəbər verir ki, prezidentin köməkçisi tvitində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1738 saylı qətnaməsindən sitat gətirərək dünya ictimaiyyətinə münaqişə bölgələrində fəaliyyət göstərən jurnalistlərin və media mütəxəssislərinin təhlükəsizliyinin təmin eliməsinin vacibliyi barədə xatırladıb.

"Bununla əlaqədar olaraq (Təhlükəsizlik Şurası – red.) xatırladır ki, silahlı münaqişə bölgələrində təhlükəli peşə fəaliyyətini yerinə yetirən jurnalistlər, media mütəxəssisləri və əlaqəli işçi heyəti mülki şəxs sayılmalı, hörmət edilməli və qorunmalıdırlar”, - H.Hacıyevin qətnamədən paylaşdığı sitatda deyilir.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...