Həyəcan təbili çalındı: Uşaqlarda koronavirusla əlaqəli xəstəlik bu ölkələrə də yayıldı

Həyəcan təbili çalındı: Uşaqlarda koronavirusla əlaqəli xəstəlik bu ölkələrə də yayıldı
 Böyük Britaniyada uşaqlar arasında koronavirusla əlaqəli yayılan xəstəlik başqa ölkələrdə də müşahidə edilib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, ürəyə təsir edən iltihablaşma halları Fransa, ABŞ, İspaniya, İtaliya və İsveçrədə də yayılıb.

COVID-19-un yeniyetmə və uşaqlara təsir etmədiyinə dair səhv iddialardan sonra koronavirusla əlaqəli ola bilən və reanimasiyaya ehtiyacı olan yeni bir xəstəliklə bağlı həyəcan təbili çalınır.

Bu mövzuda ilk olaraq Böyük Britaniya Milli Sağlamlıq Sistemi (NHS) həkimlərə "Uşaqlar arasında COVID-19-la əlaqəli iltihablı sindrom və ya hələ nə olduğu təsbit edilə bilməyən yeni yoluxucu patoloji vəziyyətin aşkar edilməsi narahatlıq yaradır” xəbərdarlığı göndərib.

Fransanın Səhiyyə naziri Olivye Veran bu günə qədər ölkədə ürəyi ətrafında iltihab yığılan uşaqların sayının 15-ə çatdığını açıqlayıb.

O, hər yaş qrupundan olan 15 uşaqda qızdırma, həzm şikayətləri, damarlarda, bəzən də ürəyi qidalandıran damarlarda olan və ürəyin fəaliyyətinə maneə yaradan iltihablara görə ölüm hallarının baş vermədiyini deyib.

Veran bu halların koronavirusla əlaqəsini təsdiqləyən kifayət qədər dəlil olmadığını bildirib.

Britaniyada olduğu kimi, Fransada da iltihablı uşaqların bəzilərinin koronavirus testi müsbət, bəzilərinin isə mənfi olduğu qeyd edilir.

Veran Fransa və digər ölkələrin həkim və elm adamlarını diqqətli olmağa və mümkün qədər çox məlumat toplamağa çağırıb.

ABŞ-da altı aydan səkkiz yaşa qədər üç uşağın bu xəstəlikdən müalicə aldığı deyilir.

Xəstəliyi iri damarlarda və kapilyarlarda iltihaba səbəb olan Kavasaki xəstəliyi ilə müqayisə edirlər.

İlk dəfə 1967-ci ildə yapon pediatrı Tomisaku Kavasaki tərəfindən aşkar edilən xəstəlik əksər hallarda müalicədən bir neçə gün sonra ciddi problem olmadan sağalır, uşaqlara qalıcı zərər vermir. Bu xəstəliyə adətən təkrar yoluxma müşahidə edilmir.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...