Həştərxanda Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Həştərxanda Heydər Əliyevin xatirəsi anıldı - FOTO
Bu gün Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Bu münasibətlə Həştərxan şəhərində Azərbaycanın ümummilli liderinin abidəsi önünə gül qoyma mərasimi keçirilib.
 
Mərasimdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin müavini - Həştərxan vilayəti hökumətinin sədri səlahiyyətlərini icra edən Mixail Boqomolov da iştirak edib. Gül qoyma mərasimində həmçinin vilayət və şəhər dumasının deputatları, Həştərxan vilayətinin dövlət orqanları və ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Heydər Əliyevin abidəsi 2010-cu ildə Həştərxan şəhərində, Volqa çayının sahilində, onun adını daşıyan parkda açılıb.

"Bu gün biz Azərbaycanın ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin xatirəsini ehtiramla yad edirik. Rusiya ilə Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan məhz o olub", - deyə Mixail Boqomolov bildirib.

Boqomolov həmçinin qeyd edib ki, SSRİ hökuməti sədrinin birinci müavini olduğu zaman Heydər Əliyev Azərbaycanla Həştərxan vilayəti arasında bir çox sahələrdə əməkdaşlığın təməlini qoyub, onun təşəbbüsü ilə Həştərxan tərsanələrində Azərbaycan neftçiləri üçün sifarişlər yerləşdirilib.

"Bu gün Azərbaycanla mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərimiz inkişaf edir. Hər zaman xatırlayırıq ki, Rusiya ilə Azərbaycan arasındakı dostluğun başlanğıcını məhz müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev qoyub”, - deyə Mixail Boqomolov vurğulayıb.

11 nömrəli Həştərxan orta məktəbinin direktoru Tatyana Tixomirova isə öz çıxışında rəhbərlik etdiyi təhsil ocağının yenidən qurulmasına görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O bildirib ki, 10 il əvvəl məhz Heydər Əliyev fondunun təşəbbüsü ilə sözügedən məktəbin yenidən qurulması işlərinə başlanılmışdı.

"2011-ci ilin dekabr ayında təmir olunmuş binaya daxil olduq və məktəbin Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin adını daşımasından qürur duyuruq. Bütün beynəlxalq layihələrdə Azərbaycanla birgə iştirak edirik. Təəssüf ki, son bir ildə bütün layihələr yalnız onlayn qaydada həyata keçirilir. Ümid edirik ki, pandemiya bitəndən sonra dost dövlətlərin nümayəndələri ilə əyani təmasımız bərpa olunacaq", - deyə məktəb direktoru bildirib.

Selcan 
Sfera.az
Mənbə: Həştərxan vilayətinin beynəlxalq əlaqələr Agentliyi

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...